Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

15 yaşlı qıza zorakılıqla bağlı iş adamlarının oğulları tutulub

Beyləqan rayonunda 15 yaşlı qıza qarşı  edilməsi ilə bağlı saxlanılan şəxslərin bir neçəsinin kimliyi məlum olub.

Boyukmillet.com Nocomment.az-a istinadən xəbər verir ki, onlardan biri seksual xarakterli hərəkətlər Beyləqan rayonunda iş adamı kimi tanınan Qəhrəman Qəhrəmanovun oğlu Xəyal Qəhrəmanovdur.

15 yaşlı qıza qarşı zorakılıqda şübhəli bilinənlər arasında Həzi Əsgər oğlu Sadıqov, Elgün İbad oğlu Aslanlının da adının olduğu deyilir. Sayt yazır ki, bu şəxslərin valideynləri rayonda geniş biznes imkanlarına sahibdirlər.

Onlardan Xəyal Qəhrəmanov dəbdəbəli həyat tərzi ilə seçilib. Sosial platformada onun bir çox bahalı avtomobilləri ilə fotoları yayımlanıb.

Xatırladaq ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …