Çərşənbə , 14 Yanvar 2026
Drone Cameras

Tramp bu gecə İranla bağlı mühüm bəyanat verəcək

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gecə İranla bağlı mühüm bəyanatla çıxış edəcək.

Amerikanın aparıcı media qurumları İranda etirazlar zamanı ölənlərin sayı ilə bağlı əvvəlki rəqəmlərə yenidən baxıblar. CBS telekanalının yaydığı məlumata görə, iğtişaşlar zamanı həlak olanların sayı artıq 12 min nəfər təşkil edir. Daha əvvəl ABŞ mediasında bu rəqəm təxminən 2 min olaraq göstərilirdi.

Qeyd edək ki, Tramp bundan öncə verdiyi açıqlamalarda İranda dinc əhaliyə qarşı kütləvi zorakılığın davam edəcəyi və itkilərin kəskin artacağı təqdirdə ABŞ-ın Iran əleyhinə hərbi zərbələr endirə biləcəyini istisna etməmişdi.

ABŞ prezidentinin bu gecəki çıxışında İran ətrafında yaranmış gərgin vəziyyət, etirazların miqyası və Vaşinqtonun mümkün addımları ilə bağlı konkret mesajlar verəcəyi gözlənilir.

Check Also

“Bizi bu savaşa qatmayın” – Ermənistan Vaşinqton–Tehran qarşıdurmasından qaçır

Ermənistan parlamentində “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan ölkəsinin ABŞ–İran qarşıdurmasının mümkün təsirlərindən kənarda qalmalı olduğunu …