Cümə axşamı , 15 Yanvar 2026
Drone Cameras

ABŞ Senatı Konqresdən icazəsiz Venesuelaya güc tətbiq etməməklə bağlı qətnaməni bloklayıb

ABŞ Konqresinin Senatı prezident Donald Tramp administrasiyasından qanunverici orqanın razılığı olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməməyi tələb edən qətnaməni bloklayıb.

Boyukmillet.com xəbər verir ki, konqresin yuxarı palatasındakı səsvermə “C-SPAN” telekanalı vasitəsilə canlı yayımlanıb.

Sənədi 50 qanunverici dəstəkləyib, eyni sayda senator isə əleyhinə çıxıb. Yuxarı palatada səslər bərabər bölündüyü üçün ABŞ-nin vitse-prezidenti Cey Di Vens öz səsvermə hüququndan istifadə edib. ABŞ Konstitusiyasına görə, o, senatın sədri hesab olunur.

Birgə qətnamə senatorlar Tim Keyn (Virciniya ştatından demokrat), Rend Pol (Kentaki ştatından respublikaçı) və Adam Şiff (Kaliforniya ştatından demokrat), həmçinin senatda demokrat azlığının lideri Çak Şumer (Nyu-York ştatından) tərəfindən hazırlanıb. Sənəd konqres tərəfindən təsdiqlənmədiyi təqdirdə, ABŞ Silahlı Qüvvələrinin Venesuela ərazisində və ya ona qarşı hərbi əməliyyatlarda iştirakının qarşısını almağa yönəlib. Qətnamədə vurğulanıb ki, ABŞ-də yalnız qanunverici orqan müharibə elan etmək səlahiyyətinə malikdir.

“Konqres Venesuelaya və ya Venesueladakı hər hansı şəxsə və ya təşkilata müharibə elan etməyib, həmçinin Venesuela ərazisində və ya ona qarşı hərbi güc tətbiq edilməsinə icazə verməyib”, – deyə mətnin hissəsində qeyd olunub.

Check Also

ABŞ-nin viza verməyəcəyi ölkələrin adları açıqlandı – tam olmayan siyahı

Amerika Birləşmiş Ştatları təhlükəsizlik və miqrasiya nəzarətinin gücləndirilməsi məqsədilə bir sıra ölkələrin vətəndaşlarına viza verilməsini …