Tehran sanksiyaların ləğvi müqabilində güzəşt olaraq öz nüvə proqramının həmişə dinc məqsədli qalacağını təmin etməyə hazırdır.
Boyukmillet.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
XİN rəhbəri danışıqlar masasına qayıtmaq üçün İranın güzəştə getmə ehtimalı barədə aparıcının sualını cavablandırıb.
“Biz nüvə proqramımızın dinc xarakterinə zəmanət verə bilərik, onun həmişə dinc qalacağını təmin edə bilərik. Əvəzində sanksiyaların ləğv olunmasını gözləyirik”, – Əraqçi bildirib.
XİN başçısı həmçinin Tehranın öz raket proqramından imtinanı müzakirə etməyə hazır olmadığını da bəyan edib. Əraqçi bunu ölkənin milli təhlükəsizliyinin və müdafiəsi ilə əlaqələndirib.
“Ballistik raketlər bizim müdafiə və ən etibarlı qorunma vasitəmizdir, bu məsələ müzakirə olunmur. Təhlükəsizliyimiz və müdafiəmiz üçün bizə lazım olduğu bir halda, nə üçün ballistik raketlərimizlə bağlı danışıqlar aparmalıyıq?” – o vurğulayıb.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
