Cümə , 16 Yanvar 2026
Drone Cameras

İranda etiraz dalğası böyüyür: onlarla ailə ölkəni tərk edir, Türkiyə sərhədində gərgin gözləmə

İranda baş verən etirazlar fonunda onlarla iranlı ölkəni tərk edərək Türkiyəyə üz tutmağa başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, iranlı ailələr Van vilayətində yerləşən Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyəyə daxil olublar.

Sərhədi keçən şəxslər mediaya açıqlama verməkdən çəkinir və İrana geri qayıtdıqları təqdirdə yarana biləcək təhlükələrdən ehtiyat etdiklərini bildirirlər.

Türkiyənin təhlükəsizlik rəsmiləri isə sərhəddə vəziyyətin hələlik fövqəladə xarakter daşımadığını vurğulayaraq, mümkün kütləvi qaçqın axını ilə bağlı bütün proseslərin yaxından izlənildiyini qeyd ediblər.

Xatırladaq ki, insan haqları qruplarının son hesabatına əsasən, dekabrın 28-dən başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı artıq 2600 nəfərə çatıb, minlərlə insan isə həbs olunub. Etirazların miqyası və mümkün nəticələri regionda ciddi narahatlıq doğurur.

Check Also

İran Türkiyəni hədələyir: ABŞ bazaları “legitim hədəf” elan edildi

İranın Türkiyədə yerləşən ABŞ hərbi obyektlərini hədəf ala biləcəyi ehtimalı Türkiyə mediasında geniş müzakirə olunur …