Cümə , 16 Yanvar 2026
Drone Cameras

Azərbaycan Nəşriyyatının binası fevralın 1-dən istismarını dayandırır – RƏSMİ

“Azərbaycan Nəşriyyatı” MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.

MMC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.

Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.

Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.

Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:

“Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib”.

Check Also

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. …