Cümə axşamı , 5 Fevral 2026
Drone Cameras

Ərinin videosuna görə işdən çıxarılan Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı

Həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “TikTok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.

Bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.

Əldə etdiyimiz məlumata görə, atasının “TikTok”da qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib./Qaynarinfo

Check Also

Fransa parlamenti Azərbaycandan erməni məhbusların azad edilməsini tələb edir

Fransa parlamenti fevralın 3-də Azərbaycan hökumətindən erməni məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib. …