Drone Cameras

Çin koronavirusun miqyasını gizlədir – “Qlobal pandemiyanın ilkin mərhələsindəyik”

Beynəlxalq tibb ekspertləri Çini koronavirus təhlükəsinin miqyasını gizlətməkdə ittiham edirlər.

Xarici KİV xəbərlərinə görə, onlar Xubey vilayətində ölüm hallarının kəskin artması fonunda bu açıqlamanı veriblər.

London İmperiya Kolleci epidemiologiya sahəsi üzrə ekspert Neyl Ferguson virusdan ölüm hallarının yalnız 5%-nin qeydə alındığını düşünür.

“Düşünürəm ki, hazırda biz qlobal pandemiyanın ilkin mərhələsindəyik”- deyib.

Avstraliyanın səhiyyə naziri Brendan Merfi ABC-yə açıqlamasında koronavirusun aprel ayında səngiyəcəyi ilə bağlı Çinin proqnozunu optimist hesab edib.

Ümumdünya Səhiyyə Təşkilatı Tedros Gebreisus Cenevrədə çıxış edən zaman koronavirus təhlükəsi ilə bağlı vəziyyətin stabilləşməsi məlumatlarına ehtiyatla yanaşmaq lazım olduğunu əlavə edib.

Çinli tibb bacısı anonim şəkildə “Financial Times” qəzetinə açıqlamasında test çatışmazlığı ucbatından diaqnostika müddətinin 2 gün uzana biləcəyini söyləyib. Bundan başqa, qeyri-dəqiq nıəticələrə görə, testlərin sayının artırıldığı da əlavə olunub.

O, kasıblar üçün xəstəxanalarda koronavirus diaqnozlu xəstələrin yalnız 20-30%-nin təsbit edildiyini, müasir şəhər xəstəxanalarında isə bu göstəricinin 50%-ə çatdığını əlavə edib. (modern.az)

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …