ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə qarşı sanksiyaları yalnız Ukrayna böhranı sülh yolu ilə həll olunduqdan sonra aradan qaldırılacaq.
Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent “Fox News”a verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Rusiya neftinə qarşı sanksiyaların aradan qaldırılması qlobal enerji qiymətlərinin aşağı düşməsinə kömək edəcək:
“Sülh sazişləri baxımından neft qiymətlərində əhəmiyyətli dərəcədə azalma müşahidə edə bilərik. Venesuela, İran, Rusiya və Ukrayna ilə bağlı razılaşma əldə olunarsa, bazarlara çoxlu neft axacaq və Maliyyə Nazirliyi ona qarşı sanksiyaları qaldıracaq”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
