Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Gömrük terminalında maşının altından meyit tapıldı

Bakıda avtomobilin altından meyit tapılıb.

Hadisə dünən saat 17 radələrində Lökbatan qəsəbəsinin ərazisində yerləşən gömrük terminalının dayanacağında baş verib.

Orada saxlanılan avtomobilin altından üzərində zorakılıq əlamətləri görünməyən naməlum kişi meyiti aşkarlanıb.

Məlum olub ki, ölən şəxs Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin Əyyub oğlu İsrafilovdur.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …