Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İran ağırlığı 1 tondan çox olan döyüş başlıqlı raketlərdən istifadə etmək niyyətindədir

Əgər regionda münaqişə inkişaf etməyə davam edərsə, İran silahlı qüvvələri hücumlarında yalnız 1 tondan çox döyüş başlığı olan raketlərdən istifadə etmək niyyətindədir.

“Report”un İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik qüvvələrinin komandanı general Məcid Musəvi çıxış edib.

“İran bundan sonra 1 tondan yüngül döyüş başlığı olan heç bir raket buraxmayacaq”, – deyə Musəvi bildirib.

General izah edib ki, bu cür mərmilər daha uzun mənzilə və daha geniş məhvetmə sahəsinə malikdir.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …