Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 51 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən  verilən məlumata görə, xidmətin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 51 kiloqram 560 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart ayının 22-də 41 kiloqram 280 qram, martın 25-də isə 10 kiloqram 280 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …