ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək.
Boyukmillet.com xəbər verir ki, o, Floridadakı malikanəsindən Vaşinqtona dönərkən təyyarəsində jurnalistlərin bu barədə suallarını cavablandırıb: “Bu gün bizə daha bir hədiyyə verdilər. Bizə 20 gəmi neft verdilər ki, onun daşınması sabah başlayacaq”.
Tramp bu zaman İranın Hörmüz boğazından keçməsinə icazə verdiyi tankerləri nəzərdə tutduğunu da açıqlayıb.
inancial Times qəzetinə verdiyi müsahibədə isə o bildirib ki, Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirməsini istəyir: “Düzünü desəm, mən ən çox İrandan neft götürmək istərdim, amma ABŞ-dakı bəzi axmaq insanlar deyirlər ki, “Bunu niyə edirsiniz?” Amma onlar axmaq insanlardır”.
26 martda keçirilən kabinet iclasında Amerika lideri həmçinin qeyd edib ki, o, ABŞ-ın İran neftinə nəzarətinin mümkün hərəkətlərdən biri olduğuna inanır: “Bu, seçimlərdən biridir”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
