Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşdü

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Taxılın ümumi çəkisi 349 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Qeyd edək ki, sonuncu dəfə martın 25-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.//Report

Check Also

Prezident sərəncam İMZALADI: Bu qurum ləğv EDİLİR

“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında …