Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

“Kivi” yükü aparan nəqliyyat vasitəsində külli miqdarda narkotik aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Boyukmillet.com  komitəyə istinadən xəbər verir ki, “Cənib-Astara” gömrük postunda “kivi” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki “kivi” yükünün içərisindən xüsusi üsullarla qablaşdırılan və gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 63 kiloqram 790 qram xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …