Cümə , 10 Aprel 2026
Drone Cameras

İranın Ali liderinin müşaviri bombardman zamanı aldığı xəsarətlərdən ölüb

İranın Ali liderinin müşaviri və İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehranın bu yaxınlarda bombardman edilməsi zamanı aldığı xəsarətlərdən vəfat edib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb.

Məlumata görə, daha əvvəl Amerika-İsrailin hücumu zamanı yaralanan Xərrazi bir neçə saat əvvəl ölüb.

Daha əvvəl, aprelin 1-də “Al-Hadath” televiziyası Xərrazinin Tehranın bombardman olunması zamanı yaralandığını və vəziyyətinin ağır olduğunu xəbər verib. İran hakimiyyəti o vaxt bu məlumatla bağlı şərh verməyib.

Check Also

Türkiyədə CHP-nin Mersin Yenişehir Bələdiyyəsinə qarşı əməliyyatda 30 nəfər saxlanılıb

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Mersin Yenişehir Bələdiyyəsinə qarşı tender saxtakarlığı ittihamı ilə istintaq başlanıb. …