Şənbə , 23 Noyabr 2024
Drone Cameras

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən 6 namizəd nəticələri tanımadıqları barədə bəyanat yaydılar

Seçki dairələri üzrə namizədlərin etirazları davam etməkdədir.Növbəti etiraz 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən gəldi.Bu dairə üzrə 6 namizəd seçkinin tanınmaması ilə bağlı birgə bəyanat imzalayıb. Boyukmillet.com etiraz bəyanatını təqdim edir:

     12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq, bəyan edirik ki, seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntuları, “karusellər”, 340 saylı hərbi hissənin əsgərlərinin seçkidə iştirak edib kütləvi saxta səs verməkləri, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, müşahidəçilərin söyüş və təhqir edilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi şəkildə mənzil istismar sahələrindən, Qəsəbə nümayəndəliyi tərəfindən alınan saxta arayışlar əsasında səsvermədə iştirakı, bülletenlərin sayılması prosesindən müşahidəçilərin kənarlaşdırılması və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi, qapalı həbsxanalardakı məntəqələrin namizədlərin məlumatı olmadan dislokasiyaya daxil edilməsi və saxta səslərin alınması  halları tərəfimizdən aşkar olunub. Yuxarıda qeyd olunanları sübüt edən çoxsaylı aktlar və video görüntülər var.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilən seçkilərin seçicilərin iradəsinin nəzərə alınmadığını qeyd etməklə, seçkilərin nəticələrini rəsmi qaydada tanımadığımızı bəyan edir, saxtakarların cəzalandırılmasını, qapalı həbsxanalardakı məntəqələri dislokasiyadan çıxarılmasını və yenidən seçki keçirilməsini tələb edirik.

  Qoşma: 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə 

                  məntəqə komissiyalarının möhürləyib, imzalayıb   

                  müşahidəçilərə  təqdim etdiyi protokollarla MSK-nın

                  elektron səhifəsindən əldə edilmiş protokolların müqayisəli  

                  cədvəli  (ən çox səs toplayan 8 namizədin səsləri)

Qeydə alınmış namizədlər:

Babayeva Pərvin

İbrahimov Eltun

Kərimli Kərim

Mütəllimov Orxan

Rzayev Şamil

Şirinova Aidə

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …