Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında (MSK) dövlət vəsaitinin və əmlakının istifadəsində bir sıra nöqsanlar müəyyən edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir.

Sənədə əsasən, audit zamanı dövlət vəsaitlərinin istifadəsi, satınalmaların aparılması və maliyyə hesabatlarının tərtibi prosesləri təhlil olunub.

Nəticədə müəyyən edilib ki, bəzi hallarda vəsaitlərin istifadəsi hüquqi aktların tələblərinə tam uyğun həyata keçirilməyib, maliyyə intizamı və hesabatlılıq sahəsində çatışmazlıqlara yol verilib.

Hesabatda qeyd olunub ki, dövlət satınalmaları və mühasibat uçotu ilə bağlı prosedurların icrasında da uyğunsuzluqlar mövcuddur ki, bu da dövlət vəsaitlərinin idarə olunmasında riskləri artırır.

Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …