Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

70 kq qızılla tutulan polkovnikə hökm oxundu

İstanbul hava limanında 70 kiloqram qaçaqmal qızılla saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm elan olunub. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamların sübutlarla təsdiq olunduğu qənaətinə gəlib.

Hökmə əsasən, Qəhrəman Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. İstanbul hava limanında saxlanılan zaman onun çantasından ümumi dəyəri 10 milyon manatdan artıq – 10.391.970,08 manatlıq 70 kiloqram qızıl külçələr aşkarlanıb.

İstintaqla müəyyən edilib ki, həmin qızıllar qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşınıb.
Qəhrəman Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 və 341.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …