Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib

ABŞ tərəfinə vasitəçilərlə təqdim edilən İran təklifləri, uranın zənginləşdirilməsi proqramının 15 illik dayandırılmasını əhatə etmir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, Tehranın cavab paketində Vaşinqtonla yekun razılaşma əldə olunana qədər Hörmüz boğazının kommersiya gəmiləri üçün açılması ilə bağlı bənd də yoxdur.

Qeyd olunub ki, İran tərəfi Amerika təşəbbüsünə cavab olaraq 9 bənddən ibarət 14 bəndlik təklif hazırlayıb.

“Fars” agentliyi Tehranın danışıqlar prosesi başa çatana qədər uran zənginləşdirilməsinin uzunmüddətli dondurulması və Hörmüz boğazının açılmasını əhatə edən şərtləri qəbul etmədiyini vurğulayıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …