Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilk tərəfdaş şirkətlə müqavilə bağlayıb

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları ilə BP şirkəti arasında tərəfdaşlıq sazişi imzalanıb. 

“Report”un məlumatına görə, anlaşmaya gənclər və idman naziri, “Bakı 2017” İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imza atıb.

Saziş Oyunlarda BP-nin rəsmi neft və qaz tərəfdaşlığını nəzərdə tutur. Şirkət Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə 7 milli idman elçisinə, eləcə də “Bakı 2017” Könüllülük Proqramının həyata keçirilməsinə dəstək olacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda Bakıda keçiriləcək. BP Oyunların ilk tərəfdaş şirkəti olub. 

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir