Çərşənbə , 22 Sentyabr 2021
Home » Dünya » Azərbaycan Premeyer Liqasında 6 klubdan 7 futbolçu və 1 baş məşqçi cəzalı duruma düşüb

Azərbaycan Premeyer Liqasında 6 klubdan 7 futbolçu və 1 baş məşqçi cəzalı duruma düşüb

Azərbaycan Premyer Liqasında mübarizə aparan 5 klubun ümumilikdə 7 futbolçusu və bir baş məşqçi cəzalı duruma düşüb. “Report” xəbər verir ki, bu, ölkə çempionatın XVI turunun oyunlarından sonra məlum olub.

“Zirə” – “Kəpəz” görüşündə meydan sahiblərinin üzvü Sezar Meza Kolli və qonaq komandanın oyunçusu Renan da Silva birbaşa qırmızı vərəqə aldıqları üçün ən azı növbəti 2 oyunu buraxacaqlar. “Qarabağ”la ev qarşılaşmasında 2-ci sarı vərəqdən sonra meyandan qovulan AZAL-ın futbolçusu Sadio Tounkara isə 1 oyun istirahət edəcək.

Həmçinin, “Sumqayıt”dan kapitan Vurğun Hüseynovla Rail Məlikov, “Zirə”dən Yovan Krneta və “İnter”dən Elnur Abdullayev 4-cü sarı vərəqə aldıqları üçün cəzalı duruma düşüblər. Onlar Premyer Liqanın XVII turunda komandalarına kömək edə bilməyəcəklər.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da cəzaya məruz qalacaq. Ukraynalı mütəxəssis “Neftçi” ilə ev oyununda texniki zonadan uzaqlaşdırıldığı üçün onun barəsində ölçü götürüləcək. Amma bu hal cari mövsümdə ikinci dəfə baş verdiyindən və rəqib komandanın məşqçisi ilə mübahisə etməsi səbəbindən tribunaya göndərildiyindən, Qriqorçuk 1 yox, ən azı 2 oyunluq cəzalana bilər. 

Qeyd edək ki, cəzalar AFFA İntizam Komitəsinin fevralın 7-də keçiriləcək iclasında açıqlanacaq.

Check Also

Dünyada koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı azalıb

Son bir həftə ərzində dünyada 3,6 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 60 minə yaxın …