“Bakı 2017” İslam Həmrəyliyi Oyunları ilə BP şirkəti arasında tərəfdaşlıq sazişi imzalanıb.
“Report”un məlumatına görə, anlaşmaya gənclər və idman naziri, “Bakı 2017” İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imza atıb.
Saziş Oyunlarda BP-nin rəsmi neft və qaz tərəfdaşlığını nəzərdə tutur. Şirkət Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə 7 milli idman elçisinə, eləcə də “Bakı 2017” Könüllülük Proqramının həyata keçirilməsinə dəstək olacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda Bakıda keçiriləcək. BP Oyunların ilk tərəfdaş şirkəti olub.