Türkiyənin Qaradəniz bölgəsində yerləşən Trabzon şəhəri ilə Azərbaycanın qədim şəhərlərindən olan Şuşa qardaşlaşıb.
Boyukmillet.com xəbər verir ki, “qardaşlaşmış şəhər” statusuna dair protokol WUF13 çərçivəsində mayın 19-da imzalanıb.
Protokolu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
