Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.

“Report”un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, gün ərzində “Tağıyev. Neft” bədii və “Cənnət yuxusu” bədii-sənədli filmlərinin nümayişi, həmçinin Xalq şairi Səməd Vurğunun ədəbi-bədii irsinə həsr olunmuş məruzə və bir neçə sərginin təqdimatı nəzərdə tutulub.

Axşam saatlarında isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konserti təqdim olunacaq.

Mədəniyyət günləri üç gün davam edəcək və Türkmənistanın Aşqabaq və Arkadağ şəhərlərində müxtəlif tədbir, nümayiş və konsertlərlə keçiriləcək.

Check Also

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasim Prezident İlham …