Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Putin: Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır

Rusiya İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.

Boyukmillet.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə bildirib.

“Dəfələrlə qeyd edildiyi kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Moskva buna İstanbulda əldə olunmuş və o zaman Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında hazırdır. Deməli, hər şey onları qane edirdi”, – o deyib.

Putin həmçinin bildirib ki, Moskva dörd prinsip əsasında danışıqlar aparmağa hazırdır:

“İstanbulda əldə olunmuş razılaşmalar, Ankoricdə müzakirə edilən mexanizmlər, ən əsası isə yerdəki reallıqlar, həmçinin mənim bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışım zamanı (2024-cü ilin iyununda) səsləndirdiyim prinsiplər əsasında”.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …