Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Qiyamçı Haftar küncə sıxışdırılır – Türkiyəyə böyük dəstək

“Dünyada ən çox nəzarətsiz silah Liviyadadır. Hazırda bu ölkədə 150-200 min ton ağırlığında nəzarətsiz silah var”.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Liviyaya Humanitar Yardım Missiyasının koordinatoru Yaqub əl-Hill açıqlama verib.

O qeyd edib ki, Liviya dronların (PUA) tez-tez sınaqdan keçirildiyi və istifadə olunduğu dünyanın ən böyük teatrına çevrilib.

Liviyanın legitim Milli Sülh Hökumətinin devrilməməsi üçün Türkiyənin dəstək verdiyini bildirən Əl-Hill deyib:

“Türkiyədən fərqli olaraq, Rusiya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digərləri qiyamçı general Xəlifə Haftarın liderliyindəki orduya dəstək verir. Haftar ordusunu PUA-larla təmin edən ölkə isə BƏƏ-dir. BƏƏ Çinin PUA istehsalını maliyyələşdirir. İordaniyanın da, general Haftara 6 ədəd PUA satdığı bildirilir”.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …