Bu ilin yanvar ayı ərzində Azərbaycanda araq istehsalı 2019-cu ilin müvafiq ayına nisbətən 2 dəfə artaraq 288,9 min dekalitr təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay ölkədə 15 min dekalitr likör istehsal edilib ki, bu da ötən ilin müvafiq ayına nisbətdə 60,7% artım deməkdir.
İçki və tütün məmulatlarının istehsalı:
Məhsul növləri | 2020-ci ilin yanvar ayında istehsal edilib | Əvvəlki ilin müvafiq ayına nisbətən, % |
İçki məhsulları | ||
Araq, min dkl | 288,9 | 2 dəfə |
Brendi (konyak), min dkl | 3,4 | 8,5 dəfə |
Üzüm şərabı, min dkl | 27 | 75,2 |
Şampan şərabı, min dkl | – | – |
Pivə, min dkl | 167,9 | 2,4 dəfə |
Likörlar, min dkl | 15,0 | 60,7 |
Alkoqolsuz içkilər, min dkl | 1 152,9 | 90,5 |
Papiros və siqaretlər, mln. ədəd | ||
Papiros və siqaretlər, mln. ədəd | 480,1 | 32 |
Fermentləşdirilmiş tütün, ton | 220 | 3,3 dəfə |