Bazar , 22 Noyabr 2026
Drone Cameras

Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək

Mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …