Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib.

Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Region və şərq ölkələri ilə əlaqələr şöbəsinin rəisi Elnur Qocayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və nazirliyin birgə hazırladığı “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində deyib.

E.Qocayevin sözlərinə görə, beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri zamanla gücləndirilib:

“Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində islahatların aparılması nəticəsində Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Eyni zamanda, beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri qurulub və zamanla gücləndirilib”.

O bildirib ki, Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin hazırlığı yüksək seçim meyarlarına əsaslanır: “Burada, həmçinin kompleks təlim fəaliyyəti və beynəlxalq təcrübənin mənimsənilməsi əsasında formalaşmış sistemli yanaşma da mövcuddur. Bu sistem şəxsi heyətin yalnız döyüş hazırlığının effektivliyini deyil, eyni zamanda, çoxmillətli mühitlərdə fəaliyyət qabiliyyəti və NATO qüvvələri ilə uyarlığını təmin edib”.

Check Also

General-mayor Elman Səmədov: “Azərbaycanın sülhməramlı fəaliyyəti beynəlxalq səviyyədə mühüm iz qoyub”

“Azərbaycan sülhməramlı fəaiyyətdə fundamental iş görüb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına …