Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Pentaqon rəsmisi NATO müttəfiqlərini təriflədi

Pentaqon hesab edir ki, ABŞ-ın Avropa NATO müttəfiqləri öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşıması planlarını uğurla həyata keçirirlər.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin siyasət üzrə müavini Elbric Kolbi X hesabında yazıb.

Onun sözlərinə görə, Vaşinqton administrasiyası Şimali Atlantika Alyansında “Avropanın qeyri-nüvə silahlarından istifadə edərək öz müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməsi” ilə nəticələnəcək dəyişikliklər görür: “Çoxları bunun mümkün olmadığını, Avropanın bu addımı ata bilməyəcəyini və ya atmaq imkanında olmayacağını söylədi. Biz bu iddianın gözümüzün önündə təkzib olunduğunu görürük”.

Kolbi vurğulayıb ki, Vaşinqton NATO-nun ABŞ-dan “asılılığa deyil, tərəfdaşlığa əsaslanan bir ittifaq” olmasını istəyir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …