Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

UKMTO: Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinə (UKMTO) Hörmüz boğazından keçən tankerlə bağlı insident barədə məlumat daxil olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə UKMTO-nun məlumatında bildirilib.

“Tanker naməlum mərmi ilə vurulub. Heç bir itki və ətraf mühitə ziyan qeydə alınmayıb. UKMTO araşdırmanı davam etdirir. Gəmilərə keçid zamanı ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, – məlumatda qeyd edilib.

Bununla belə, tankerin hansı ölkənin bayrağı altında hərəkət etdiyi açıqlanmayıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …