Rusiya qoşunları iyulun 24-ü səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə aviazərbə endirib, nəticədə 5 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya hərbçiləri şəhərə iki aviabomba atıblar:
“5 nəfər ölüb və 9 nəfər yaralanıb – zərbənin ilkin nəticələri belədir”.
Hücum nəticəsində 10 fərdi ev, müəssisələrdən biri, eləcə də Latviyanın fəxri konsulluğunun binası zədələnib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
