Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək UEFA reytinq göstəricisi qeydə alınıb

Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb.

Boyukmillet.com Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.

İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250 əmsala bərabər olub.

Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün “Sabah” 1,000, “Qarabağ” 0,750+, “Zirə” 0,625, “Neftçi” 0,250 əmsal əldə edib.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …