Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyib

ABŞ Konqresinin Senatı Rusiya və İrana qarşı Amerika sanksiyalarının sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Boyukmillet.com xəbər verir ki, indi sənəd Konqresin Nümayəndələr Palatası tərəfindən nəzərdən keçiriləcək.

Təşəbbüsü 86 senator dəstəkləyib, 11 senator isə əleyhinə səs verib. Gözlənildiyi kimi, sentyabr ayında sənədə Konqresin Nümayəndələr Palatasında baxılacaq. Aşağı palatada bəzi qanunvericilər qanun layihəsində nəzərdə tutulan növbəti gömrük rüsumu artımı səbəbindən ona qarşı çıxa bilərlər.

Avqustun 7-də senatorlar ABŞ prezidentini Rusiyadan neft və ya qaz idxal edən ölkələrə gömrük rüsumları tətbiq etmək səlahiyyətindən məhrum edən düzəlişi də rədd ediblər.

Səsvermə senatorların beş həftəlik yay tətilinə getməsindən əvvəl keçirilib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …