Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ İrana yardım etdiklərinə görə banklara və valyutadəyişmə məntəqələrinə qarşı sanksiyalar tətbiq edib

ABŞ beynəlxalq məhdudiyyətlərdən yan keçməkdə və yüz milyonlarla dolların qlobal maliyyə sistemi vasitəsilə köçürülməsində İrana yardım etməkdə günahlandırılan banklara, valyutadəyişmə məntəqələrinə və vasitəçilərə qarşı yeni sanksiyalar tətbiq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun bəyanatında qeyd olunub.

Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi vəsaitlərin yuyulması üçün saxta strukturlardan istifadə edərək, Tehranın neft satışından əldə olunan gəlirlərə çıxış əldə etməsinə və sanksiyalardan yan keçməsinə kömək edən valyutadəyişmə məntəqələri və saxta şirkətlər şəbəkəsini ləğv edib.

“ABŞ açıq şəkildə bildirir: sanksiyalardan yan keçməyə kömək edən banklar, valyutadəyişmə məntəqələri və vasitəçilər ciddi nəticələrlə üzləşəcəklər”, – Piqott qeyd edib.

Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Vaşinqton bu məsələdə beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …