Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ Ordusu İranın blokadasına dair yeni məlumat yaydı

İranın dəniz blokadasının bərpasından bəri ABŞ ordusu tərəfindən hərəkətinin qarşısı alınan ticarət gəmilərinin sayı 55-ə çatıb.

Boyukmillet.com ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X hesabındakı paylaşıma istinadən xəbər verir ki, blokada İranla bağlı gəmilərin, tankerlərin hərəkətinin qarşısını tam alıb: “9 avqust tarixinə olan məlumata görə, CENTCOM qüvvələri dəniz blokadasını tətbiq etmək üçün İranla bağlı 55 ticarət gəmisinin hərəkətinin qarşısını alıb, iki gəmini sıradan çıxarıb və iki gəmiyə hərbi qüvvə çıxarılıb”.

Ondan bir gün əvvəl hərəkətinə imkan verilməyən gəmilərin sayı 51 idi. Bu isə bir gündə 4 gəminin İrana və ya İrandan hərəkətinin qarşısının alındığı deməkdir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …