Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi vaxt bilindi

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:

“Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək”.

Xatırladaq ki, yeni yerüstü stansiya metronun “yaşıl” xəttinin “Dərnəgül” deposunda yerləşir.

Qeyd edək ki, hazırda Bakıda “Bakmil” və “Xocəsən” yerüstü metro stansiyaları fəaliyyət göstərir.

Check Also

“Bakı Metropoliteni” qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə birlikdə siqnalizasiya infrastrukturunun yenilənməsi və qatarların hərəkətinin …