Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bakı İsrail və Türkiyəni barışdırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ

Azərbaycan İsrail və Türkiyə arasındakı gərginliyi azaltmaq üçün pərdəarxası fəaliyyət göstərir.

Boyukmillet.com xəbər verir ki, bu iddia ilə “Ynet” portalı İsrail mənbələrinə istinadən çıxış edib.

Vəziyyətlə tanış olan başqa bir mənbə portala bildirib ki, Bakıda Azərbaycanın müttəfiqləri olan İsrail və Türkiyə arasındakı gərginlikdən çox narahatdırlar.

Portala daxil olan məlumata görə, ABŞ da bu gərginliyi azaltmaq istiqamətində iş aparır.

Lakin “Ynet” qeyd edir ki, İsrail ABŞ-nin Ankaradakı səfiri Tom Barraka açıq-aşkar etibar etmir.

Portal yazır ki, bir il əvvəl məhz Azərbaycan İsrail və Türkiyə arasında birbaşa dialoqun təşəbbüskarı olub və nəticədə iki ölkə arasında Suriya üzrə əməliyyat-koordinasiya mexanizminin yaradılması barədə razılıq əldə edilib.

Əvvəllər “Kan” dövlət teleradio şirkəti mənbəyə istinadən xəbər verib ki, İsrail və Türkiyə arasında fikir ayrılıqlarının qarşısını almaq üçün gizli rabitə kanalları fəaliyyət göstərir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …