Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

BMT-dən Rusiya ilə bağlı ŞOK rəqəmlər

Rusiyada Ukrayna müharibəsi nəticəsində ölən və yaralanan dinc sakinlərin sayı son bir ildə kəskin artıb. BMT-nin açıqladığı rəqəmlərə görə, artım 119 faiz təşkil edib.

Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari Enn DiKarlo Təhlükəsizlik Şurasının iclasında bildirib.

Rusiya hakimiyyətinin BMT-yə təqdim etdiyi məlumatlara əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Rusiyada 329 dinc sakin həlak olub, 2197 nəfər isə yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mülki itkilərin sayı 119 faiz artıb.

Bununla yanaşı, müharibənin əsas ağırlığını daşıyan Ukraynada mülki əhali arasında itkilər qat-qat yüksək olaraq qalır. BMT-nin məlumatına görə, 2026-cı ilin iyulu 2022-ci ilin mayından bəri Ukraynada dinc əhali üçün ən ölümcül ay olub.

Təkcə iyulda azı 17 uşaq həlak olub, 166 uşaq yaralanıb. Bu, 2022-ci ilin aprelindən bəri bir ay ərzində qeydə alınmış ən yüksək uşaq itkisi göstəricisidir.

BMT Rusiyanın genişmiqyaslı işğalının başlanmasından indiyədək Ukraynada 16 874 dinc sakinin, o cümlədən 820 uşağın ölümünü təsdiqləyib. Daha 51 273 nəfər, o cümlədən 3126 uşaq yaralanıb.

Təşkilat vurğulayır ki, bunlar yalnız təsdiqlənə bilmiş hallardır və müharibənin real insan itkisi göstərilən rəqəmlərdən xeyli yüksək ola bilər.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …