Çərşənbə , 11 Noyabr 2026
Drone Cameras

Bakıda bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır – RƏSMİ

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib.

Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan analizlər zamanı onun qanında psixotrop dərman maddəsinin olduğu iddia edilib.

Uşağın valideynlərinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi qeyd olunub. Məsələ ilə bağlı ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …