Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İran ABŞ-nin təyyarədaşıyan gəmisi üzərində yeni raketi sınaqdan keçirib

İran Ordusu ilk dəfə ABŞ-nin təyyarədaşıyan gəmisi üzərində yeni gəmi əleyhinə raket sınaqdan keçirib

Boyukmillet.com Press TV-yə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Ali dini liderinin müşaviri Möhsün Rezai bildirib.

Məlumata görə, sınaq 48 saat əvvəl baş tutub.

Rzayi həmçinin bildirib ki, yaxın günlərdə Tehran Hörmüz boğazının xaricində məhdud giriş zonasının yaradılmasını elan edəcək. İran hakimiyyətinin razılığı olmadan zonaya daxil olan hər hansı gəmi sanksiya siyahısına salınacaq.

Xatırladaq ki, fevralın 28-də İsrailin Müdafiə Nazirliyi İran ərazisinə qabaqlayıcı zərbə elan edib. ABŞ də hücuma qoşulub. İyunun 18-də Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasını möhkəmləndirmək və danışıqların yeni mərhələsinə başlamaq üçün nəzərdə tutulmuş müvəqqəti anlaşma memorandumu imzalayıblar. Lakin atəşkəs pozulub və zərbələr yenidən başlayıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …