Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Milli Məclisin ilk iclaslarını onlar açıblar – SƏBƏB

Milli Məclisin dördüncü və beşinci çağırışlarının (müvafiq olaraq 2010-2015, 2015-2020) ilk iclaslarını deputat Fəttah Heydərov açıb.

Bu barədə Boyukmillet.com Milli Məclisin stenoqramlarına istinadən xəbər verir.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbəti çağırışının birinci iclasını parlamentin ən qocaman deputatı açır.

O, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin üçüncü çağırışının (2005-2010) ilk iclasını isə Valeh Ələsgərov açıb.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləsə, F.Heydərov yenə ən qocaman deputat kimi parlamentin ilk iclasını açacaq. Onun 82 yaşı var.

F.Heydərov 116 saylı Qəbələ Seçki Dairəsi üzrə lider namizəddir.

V.Ələsgərov isə son seçkilərdə iştirak etməyib.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …