Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Hakan Fidan sabah Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hakan Fidanın ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxlərlə görüşləri nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində 15 milyard dollarlıq ümumi ticarət dövriyyəsi hədəfinə çatmaq üçün görüləcək işlər, enerji və nəqliyyat sahələrinə dair məsələlər və layihələr müzakirə ediləcək.

Eyni zamanda Hakan Fidanın səfər zamanı Türkiyənin yaxın vaxtlarda ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü və COP31-lə bağlı məsləhətləşmələrin aparılması da nəzərdə tutulur.

Check Also

İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var

Hörmüz boğazında İranın mülki gəmisinə endirilən zərbə nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər …