Litva Prezidenti Edqars Rinkeviçs “The Guardian” nəşrinə verdiyi müsahibədə Avropa və NATO-nun Ukraynada hazırda istifadə olunan müasir hava müharibəsi texnologiyalarının sürətli inkişafı ilə ayaqlaşa bilmədiyini etiraf edib.
Boyukmillet.com xəbər verir ki, ölkə rəhbəri hava hücumundan müdafiəyə hazırlaşmaq üzrə mövcud yanaşmaların artıq növbəti ilin ortalarına qədər tamamilə köhnələ biləcəyini vurğulayıb.
Rinkeviçs açıqlamasında mövcud problemləri açıq şəkildə dile gətirib: “Hava hücumundan müdafiə, dronlara qarşı mübarizə və antiballistik müdafiə sistemlərində çox ciddi problemlər var. Gəlin səmimi olaq: bu məsələ təkcə Ukraynaya deyil, bütün Avropaya və NATO-ya aiddir”.
O qeyd edib ki, əgər Rusiya NATO ərazisinə bir neçə raket buraxmaq qərarına gələrsə, bu, bir çox alyans ölkəsi üçün öhdəsindən gəlinməsi son dərəcə çətin olan ağır bir sınaq olacaq. Əsas problemlərdən biri də “Patriot” və digər HHM sistemləri üçün ələkeçirici raketlərin kəskin çatışmazlığıdır.
Litva dövlət başçısı Avropanın yeni təhlükələrə daha sürətlə uyğunlaşmalı olduğunu düşünür. Ukraynada dron texnologiyalarının “yıldırım sürəti ilə” inkişaf etdiyini deyən Rinkeviçs, bu gün effektiv olan müdafiə vasitələrinin tezliklə yetərsiz qalacağını bildirib.
Bununla belə, o, Rusiyanın NATO ölkələrinə ənənəvi hərbi müdaxiləsini gözləmədiyini, lakin digər ssenarilərə — təxribatlara, kiberhücumlar, eləcə də dron və raket insidentlərinə tam hazır olmağın vacibliyini diqqətə çatdırıb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
