Hazırda həbsdə olan Hacı Vəliyev media və ictimaiyyət nümayəndələrinə müraciət edib.
Hacı Vəliyev müraciətində 31 mart 2025-ci ildən etibarən həbsdə olduğunu bildirərək, saxlanılmasını “qanunsuz və əsassız” adlandırıb.
O, yaxın vaxtlarda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası və Gəncə Cəzaçəkmə Müəssisəsində baş verdiyini iddia etdiyi hadisələrlə bağlı ictimaiyyətə geniş məlumat verəcəyini açıqlayıb.
Hacı Vəliyev müəssisənin rəisi Qasım Əliyev, rəis müavini Şahin Əhmədov və digər rejim əməkdaşlarının fəaliyyətləri ilə bağlı ciddi iddialar səsləndirib. O, həmin şəxsləri rüşvət və korrupsiya, amansız rəftar, işgəncə və digər qanun pozuntularında ittiham edib.
Hacı Vəliyev müraciətində media və ictimaiyyət nümayəndələrindən bu məsələləri diqqətdə saxlamağı xahiş edib.
Onun sözlərinə görə, yaxın zamanda səsləndirdiyi iddialarla bağlı daha geniş və ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, Hacı Vəliyevin səsləndirdiyi iddialar onun açıqlamasına əsaslanır. İddialarla bağlı adı çəkilən şəxslərin və aidiyyəti dövlət qurumlarının mövqeyi məlum deyil. Onların mövqeyi açıqlanacağı təqdirdə dərc etməyə hazırıq.
Mirağa
BöyükMillət.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
