Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Gömrükdən dini kitab keçirmək istəyənlərə XƏBƏRDARLIQ

Dini təyinatlı mallar, audio və video materiallar, eləcə də dini məzmunlu digər məlumat materialları fiziki şəxslər tərəfindən gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirilə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, bunun üçün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı tələb olunur.

Qeyd edilib ki, müvafiq qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2 nömrəli əlavəsində əksini tapıb.

Check Also

Müəllimlərin vakant yerlərə seçilməsi topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial …