İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rizai Birləşmiş Ştatlara növbəti dəfə açıq meydan oxuyaraq, ABŞ ordusunu ölkəyə quru qoşunları yeritməyə çağırıb.
Boyukmillet.com xəbər verir ki, iranlı rəsmi müharibə yenidən başlayacağı təqdirdə ABŞ-nin Hind okeanındakı hərbi gəmilərinin birbaşa hədəf alınacağını bildirib.
Rizai çıxışında Tehranın hərbi imkanlarını artırdığını vurğulayıb: “Müharibə yenidən başlasa, ABŞ gəmiləri Hind okeanını tərk etməzlərsə, okeanın harasında olmalarından asılı olmayaraq hücuma məruz qalacaqlar. Biz bu cür hərbi imkanları artıq formalaşdırmışıq. Hipersəs raketlərimizin sürətini 6 Max-dan 10 Max-a qaldırmışıq. Həmçinin radioelektron mübarizə (REB) sistemlərimizi təkmilləşdirmiş, HHM vasitələrimizi gücləndirmişik”.
Şura katibi ABŞ-nin havadan bombardman taktikasını tənqid edərək hərbi rəhbərliyə müraciət edib: “Müharibələrdə son nöqtəni həmişə quru qoşunları qoyur. ABŞ desant bölmələri niyə gəlmir? Amerikalılar həqiqətən ciddi niyyətdədirlərsə, buyursunlar, əsgərləri gəlib İrana daxil olsun. Niyə gəlmirlər? Niyə yalnız havadan bombalayıb sonra qaçırlar? Əgər Amerika müharibəyə başlasa, biz ona daha çox və daha ağrılı zərbələrlə cavab verəcəyik”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
