ABŞ-la Çin ticarət və süni intellekt (Sİ) məsələlərini müzakirə edərək çox uğurlu danışıqlar aparıblar.
Boyukmillet.com xəbər verir ki, bunu Nyu-Yorkda Çin nümayəndələri ilə danışıqlardan sonra jurnalistlərlə söhbətində ABŞ Maliyyə naziri Skott Bessentt deyib: “Biz çinlilərlə ticarət və Sİ mövzusunda çox uğurlu danışıqlar apardıq, Pekində dayandığımız yerdən davam etdik, orada Ticarət Şurasını yaratdıq və Sİ-ni müzakirə etməyə başladıq. Bu axşam bu mövzular praktik müstəviyə keçdi”.
Bessent əlavə edib ki, iki tərəf Sİ sahəsində əməkdaşlıq üçün “mexanizm yaratmaq” məsələsini müzakirə ediblər: “Bu, “ABŞ-Çin Sİ Dialoqu” adlanacaq. ABŞ iki ölkə arasında bildiriş mexanizmi təklif edib və biz həmçinin məqsədlər və təhdidlər barədə ortaq bir anlaşma yaratmaq istəyirik”.
Nazir izah edib ki, bildirişlər potensial Sİ hadisələrini və milli təhlükəsizlik səviyyəsində təhdidləri həll edəcək.
Qeyd edək ki, Bessent bazar günü Çin Baş nazirinin müavini He Lifeng ilə görüşüb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
