Çərşənbə , 7 Oktyabr 2026
Drone Cameras

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldürülüb

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə daha bir azərbaycanlı öldürülüb.

Boyukmillet.com xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü həkim, tibb elmləri namizədi Vahab Ramazan oğlu Quliyev Ukraynanın Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya tərəfinin dron hücumu nəticəsində həlak olub.

30 ildən çoxdur Ukraynada yaşayan V.Quliyev məşhur “Nənələr” folklor ansamblının üzvü Xanımbacı Quliyevanın oğludur.

Məlumata əsasən, mərhumun nəşi artıq Azərbaycana gətirilib, onun doğulduğu kənddə dəfn olunması üçün hazırlıq işləri görülür.

Check Also

Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. DSX-nin …